İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfsanəvi futbolçunun evi qarət olundu

481 21.06.2024 21:48 Dünya A A

Əfsanəvi italiyalı futbolçu Roberto Bacconun evi qarət olunub.

Hadisə onun Viçensa əyalətindəki evində baş verib. 

Bacconun evinə silahlı naməlum şəxslərdən ibarət dəstə girib. O, quldurlardan biri ilə əlbəyaxa olub.

Ancaq əfsanəvi futbolçunun başına tapançanın qundağı ilə zərbə endirilib. 

Bundan sonra oğrular Bacco və ailə üzvlərini evin bir otağına salaraq qapını bağlayıblar. Soyğunçular evdən qızıl-zinət əşyaları, pul götürüblər.

Xatırladaq ki, İtaliya millisində çıxış etmiş Roberto Bacco 1993-cü ildə "Qızıl top"u qazanıb.//Qafqazinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR