İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstanda adam öldürməyə görə iki nəfəri edam etdilər

390 22.02.2024 21:49 Dünya A A

Əfqanıstan hakimiyyəti qətldə ittiham olunan iki nəfəri edam edib.

Musavat.com xarici mediaya istinadən bildirir ki, Taliban Ali Məhkəməsi hərəkatın lideri Heybətullah Axundzadənin razılığı ilə Qəzni əyalətindəki stadionda adam öldürməkdə ittiham olunan iki nəfərin edam edildiyini bildirib. 

Onlara qarşı ittiham üçtərəfli məhkəmələr tərəfindən təsdiqlənib. Söhbət beş və yeddi il əvvəl baş vermiş qətllərdən gedir.

Yada salaq ki, Taliban Əfqanıstanda hakimiyyəti 2021-ci ilin avqustunda Kabilə daxil olduqdan etibarən əldə ediblər.

Avqustun 31-nə keçən gecə 20 ilə yaxın orada olan Amerika hərbçiləri də Əfqanıstanı tərk ediblər.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR