İnsanlara hürriyət, millətlərə istiqlal!

Eduard Şarmazanov: “Rusiyadan vaz keçmək siyasi axmaqlıqdır”  

561 01.03.2024 16:18 Region A A

“Rusiya Federasiyası ilə zamanın sınağından çıxmış müttəfiqliyi Qərbin qeyri-müəyyən vədləri ilə dəyişmək Ermənistan Respublikasının təhlükəsizliyi üçün “Damokl qılıncı”dır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Ermənistan parlamentinin keçmiş spikeri Edurard Şarmazanovdur. Şarmazanov bununla bağlı  öz Telegram kanalında yazır:

“Hamıya məlumdur ki, mən həmişə Ermənistanın KTMT-yə üzv olmasının tərəfdarı olmuşam. Məhz bunun və Ermənistan Respublikasının Rusiya Federasiyası ilə müttəfiqliyinin sayəsində biz 1992-1993-cü illərdə Türkiyənin hücumundan yaxa qurtara bildik.

Sonralar Ermənistan təhlükəsizliyinin təmin edilməsi üçün döyüşə hazır ordu yaratmağa nail oldu.

KTMT və Rusiya Federasiyasının Ermənistanın təhlükəsizliyinin təmin edilməsində rolunu qiymətləndirməmək olmaz.

Amma 2018-ci ildən sonra Ermənistan Respublikasının anti-erməni idrəçiləri dövləti zəiflətmək üçün hər şeyi etdilər.

Və bu gün kollektiv Qərbin nümayəndələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı vəziyyəti sarsıtmağa, xüsusən də Ermənistanı oradan çıxarmağa çalışırlar.

Belə bir fikir var ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır. 

Moskva ilə zamanın sınağından çıxmış müttəfiqliyi Qərbdən konkret yardım üçün deyil, yalnız qeyri-müəyyən vədlər üçün dəyişmək siyasi axmaqlıqdır”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR