İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əbədi məşəli” söndürən şagirdlərin ailələri Rusiyadan çıxarılacaq

2016 13.12.2023 10:30 Dünya A A

Sankt-Peterburqun Krasnoselski məhkəməsi dekabrın 10-da axşam saatlarında “Əbədi məşəl”in üzərini qarla basdıraraq, onu söndürən məktəblilərin ailələrini ölkədən deportasiya etmək qərarına gəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, şəhər məhkəmələrinin birgə mətbuat xidməti həmin ailələrin Rusiyada miqrasiya qeydiyyatından keçmədiklərini bildirib.

İnzibati xəta törədənlər günahlarını etiraf ediblər.

Sankt-Peterburqun Krasnoselski rayon məhkəməsi Abror İsmayılovu, Nərgiz İsmayılovanı və Gülzat Batırovu inzibati məsuliyyətə cəlb edib. Məhkəmə onların hər birinə inzibati qaydada məcburi deportasiya ilə bərabər 5 min rubl məbləğində cərimə cəzası da təyin edib.

Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, yeniyetmələrin valideynləri deportasiya edilməli olan əcnəbi vətəndaşlar üçün xüsusi mərkəzə, övladları isə xüsusi rejimli müəssisələrdə müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

“Əbədi məşəli söndürən 11 yaşlı uşaq yetkinlik yaşına çatmayanlar üçün polis təcridxanasına yerləşdirilib”, - deyə polis bildirib.

Hadisə Krasnoe Seloda baş verib. 11 yaşlı yeniyetmə eyni ailədən olan 10 və 14 yaşlı iki dostunun iştirakı ilə “Əbədi məşəl”in içinə qartopu atıb. Araşdırma aparıldıqdan sonra qonşu ölkə vətəndaşları olan yeniyetmələr saxlanılıb. Oğlanların valideynlərinə qarşı Rusiya Federasiyasının miqrasiya qanunvericiliyini pozduqlarına görə protokollar tərtib edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR