İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşbərə, xəngəl sevənləri gözləyən 2 xəstəlik

6727 17.09.2023 16:37 Yaşam A A

İçlikli xəmir yeməkləri - mantı, pelmeni, bizdə düşbərə, xəngəl orqanizmdə bir sıra problemlərə səbəb olur.

Musavat.com Medicina.az-a istinadən xəbər verir ki, cərrah Aleksandr Umnov xəmir xörəklərini aşırı istifadə edənlərdə hormonal pozulma olduğunu bildirib.

"Bu qidalar çox kalorilidir, maddələr mübadiləsini tez pozur, ürək, damar problemləri, kişilərdə cinsi disfunksiya yarada bilir. Onlar qlüten mənbəyidir, çox insanlarda daxili iltihabi prosesləri artırır. Digər təhlükəsi yarımfabrikatlarında çox duz və soyanın olmasıdır.

Ətin farşına bol olması üçün soya əlavə edilir. Soyada izoflavonlar var, onlar bədəndə estrogenlərin hasilini artırır. Nəticədə daha çox kişilərdə hormonal problem, piylənmə, ürək-damar problemləri yaranır.

Eləcə də damarlarda xolesterin tıxanmaları yaradır.

Ona görə hər insana belə yeməklər uyğun deyil, ümumiyyətlə, bu xörəkləri ildə cəmi bir neçə dəfə yemək olar", - o qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR