İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən hündür göydələni BU ŞƏHƏRDƏ tikilir - VİDEO

2745 10.09.2023 14:00 Maraqlı A A

Dubayda dünyanın ən hündür yaşayış binası tikilmək üzrədir. Bu, 112 mərtəbəli hiperqüllə Burj Binghatti Jacob&Co Residences olacaq.

Bu barədə tərtibatçının saytında məlumat verilib.

Göydələn Nyu Yorkdakı 472 metrlik yaşayış binası olan Central Park Tower rekordunu qıra bilər. Layihəyə əsasən, göydələn almaz formalı qüllələrdən ibarət “tac” ilə bəzədiləcək. O, Dubayın məşhur maliyyə bölgəsinin mərkəzində tikiləcək.

“Təklif olunan tikili 100-dən çox mərtəbəli iki və üç yataq otağı olan lüks yaşayış evlərindən ibarətdir. Bu hiperqüllədə dayələrin, mühafizəçilərin, sürücülərin və şəxsi aşpazların xidmətlərini təklif edən xüsusi komanda da var”, - deyə tərtibatçı press-relizdə bildirib.//Lent.az

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR