İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ağciyərləri yanır - qlobal istiləşmənin fəsadları, yoxsa qəsd...

1615 21.07.2022 08:10 Yaşam A A

Bir neçə ildir ki, meşə yanğınları dünyanın nəfəsini kəsir. Hazırda Türkiyədə, İtaliyada, Avstraliyada, İspaniyada və digər ölkələrdə böyük meşə yanğınları baş verməkdədir. Bu hadisələr qarşısıalınmaz prosesə çevrilir.

Xüsusilə turizm bölgələrində yaşıllıqlar məhv olur. Bunun əsas səbəbi ki, qlobal istiləşmə göstərilir, yəni alışmanın özbaşına baş verdiyi deyilir. Amma iddialar var ki, bu qlobal turizm oyunçularının, habelə terror qruplaşmalarının da təxribatları da ola bilər.

Bəs azərbaycanlı ekspertlər bu haqda necə düşünür?

Ekoloq, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Bildiyimiz kimi, Türkiyədə baş verən son meşə yanğınları terrorçu təşkilatlar törətmişdi. Digər yanğınlar isə quraqlıq, insan səhvindən baş verənlərdir.

 O ki qaldı qlobal istiləşməyə, əgər dekabr ayında mülayim iqlimdə bu cür istilər olsaydı, onda bunu qlobal istiləşmə adlandırardıq. Lakin indi iyul ayıdır və istilərin olması normaldır.

Qorxmaz İbrahimli: “Ölkədə demokratiya nə qədər güclənəcəksə...”

Ekoloq: “Meşə yanğınlarının qlobal istiləşmədən baş verdiyini demək məntiqdən kənardır”

Deyirlər ki, meşə yanğınları qlobal istiləşmədən baş verib. Bu nədir, Günəşdən yanğın törəyir? Bu, məntiqdənkənar deyilən fikirlərdir.

Qlobal istiləşmə artıq iki yüzdən artıqdır ki, baş verir və hazırda bizim qalaktikada havanın temperaturu 1,5 dərəcəyə qədər yüksəlib. Lakin  deyə bilmərik ki, bu istiləşmə meşə yanğınına səbəb olur. Bəli, torfdan meşə yanğını törəyə bilər, amma yanğınların çox zaman səbəbi başqa olur. Yəni əsasən insanların diqqətsizliyi, yanlışlıqla atılmış siqaret kötüyü və sairə, bunlar yanğına səbəb ola bilir. Amerikada demək olar ki, hər il meşə yanğınları olur, hətta böyük qəsəbələr belə yanğınların altında qalır. Amma bunu qlobal istiləşmə ilə əlaqələndirmək, fikrimcə, doğru deyil".

Ekoloq sərinlənmək, istirahət etmək üçün meşələrə üz tutan insanlara daim ehtiyatlı olmağı tövsiyə edib: “Tövsiyə edirəm ki, son dərəcə ehtiyatlı olsunlar. Hər kəs odla, atəşlə ehtiyatla davranmalıdır. İndi yay vaxtıdır və insanlar sərinlənmək , piknik etmək üçün meşələrə üz tutur. Getdikləri yerdə özləri ilə bərabər bidonlarda ehtiyat su, həmçinin mümkün ola biləcək yanğınları söndürən  avadanlıqlar götürsünlər. Bir sözlə, hər an yanğına hazır olsunlar.

Ən əsası, çalışmaq lazımdır ki, meşədə yandırılan ocaqlar, manqallar tam söndürüldükdən sonra meşəni tərk etsinlər. 

Xüsusən Azərbaycanda yaşıllığı qorumaq məcburiyyətindəyik. İnsanlar anlamalıdır ki, meşə, ağac hər kəsin ağciyəridir".

Politoloq Teymur Qasımlı isə mövzuya bu cür şərh bildirdi:

“Türkiyədəki sonuncu meşə yanğınlarının PKK-ya bağlı terror qruplaşmalarının əli ilə törədildiyi haqda iddialar oldu. Amma konkret olaraq turistik bölgələrdə bu cür yanğınların məhz hansı səbəbdən törədildiyi məlum deyil. Hətta bildiyiniz kimi, Türkiyə hökuməti meşə yanğınlarını törədənlərə qarşı sərt cəza veriləcəyini desə də, hələlik ortalığa heç kim çıxmayıb.

Torpaqlarımızdan erməni separatçılarının təmizlənməsi üçün bütün addımlar  atılacaq" -

Politoloq: “Bu yanğınların konkret olaraq hansısa terror təşkilatları ilə bağlı olub-olmadığı məlum deyil”

Qeyd olunan kimi, Avropada, o cümlədən  İtaliyada, İspaniyada və digər bölgələrdə böyük meşə yanğınları baş verir. Təbii ki, yanğınların turistik bölgələrdə baş verməsi müəyyən şübhələri ortaya atır. Bəziləri hətta qeyd edir ki, həmin ərazilər önəmli torpaq əraziləri olduğu üçün oranın satılması məsələsi ilə bağlı qəsdən bu cür yanğınlar törədilir və bununla bağlı mətbuatda, mediada ara-sıra eyhamlar vurulur. Lakin qeyd etdiyim kimi, konkret olaraq bu yanğınların hansısa terror təşkilatları ilə bağlı olub-olmadığı məlum deyil".

Xatırladaq ki, qardaş Türkiyədə meşə yanğınları davam edir. Təkcə son iki gün ərzində ölkənin bir çox bölgələrində yanğınlar baş verib. Belə ki, iyulun 17-si səhər saatlarından başlayaraq ölkənin Balıkesir vilayətinin Kepsut rayonunda yerləşən meşəlik ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi üçün bölgəyə 10 xüsusi təyyarə, 18 helikopter və 90-a yaxın yanğınsöndürən texnika cəlb olunub. Alovların axşam saatlarına doğru nəzarət altına alınması ilə bağlı məlumat verilib. Hadisə ilə bağlı Balıkesir valiliyindən verilən aşıqlamada yanğının bölgədə yerləşən elektrik naqillərində yaranan nasazlıq səbəbindən baş vermə ehtimalı olduğu bildirilib.

Türkiyə üzrə daha bir yanğın hadisəsi İzmir vilayətində baş verib. Əraziyə İzmir Meşəçilik Bölgə Müdürlüyünə aid iki təyyarə, üç helikopter və 17 xüsusi yanğınsöndürən maşın göndərilib. Yanğın bölgədə yerləşən prefabrik evlər istehsal edən müəssisə və tikinti şirkətinə məxsus anbara yayılıb. Alovların qarşısını almaq mümkün olsa da, adıgedən obyektlərə ciddi ziyan dəyib. Bölgədə müşahidə edilən qatı duman səbəbindən İzmirin Adnan Menderes hava limanına gedən bəzi yollar müvəqqəti bağlanıb. Hazırda soyutma işləri davam edir.

Daha bir yanğın faktı Aydın vilayətində qeydə alınıb. Aydının Nazilli rayonunda yerləşən meşəlik ərazidə baş verən yanğının söndürülməsi üçün bölgəyə iki təyyarə, yeddi helikopter və yanğınsöndürən texnika cəlb edilib. Üç saat davam edən səylərdən sonra alovların qarşısını almaq mümkün olub.

Xalidə GƏRAY,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR