İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada ürək xəstəliyindən ölənlər - Azərbaycan ilk “10-luq”da... - SİYAHI

4682 29.11.2023 20:54 Yaşam A A

Azərbaycan hazırda dünyada ürək xəstəliyindən ölən insanların sayına görə ilk “10-luq”da yer alır.

Bu barədə məlumatı beynəlxalq təşkilatların statistikası əsasında Türkiyədə yaşayan azərbaycanlı jurnalist İbrahim Nəbioğlu ictimailəşdirib.

Dünya üzrə ürək xəstəliyindən hər 100 000 nəfərə arasında ölən insanların sayına görə ilk “10-luq” aşağıdakı kimi sıralanıb:

1. Özbəkistan: 945.97 nəfər

2. Solomon adaları: 817.66 nəfər

3. Tacikistan: 689.88 nəfər

4. Azərbaycan: 688.08 nəfər

5. Nauru: 637.73 nəfər

6. Ukrayna: 591.01 nəfər

7. Əfqanıstan: 583.21 nəfər

8. Mongolustan: 570.02 nəfər

9. Şumali Makedoniya: 568.70 nəfər

10. Vanuatu: 567.98 nəfər

“Acınacaqlı da olsa reallıq belədir. 

Bu dəhşətli tablo səhiyyənin səviyyəsindən çox əhalinin yaşayış tərzi, xüsusilə də mentallığı və qidalanma alışqanlığı ilə bağlıdır, məncə. Təbii ki, havanın kirliliyi, suyun keyfiyyəti, ətalətli həyat tərzi kimi onlarla başqa səbəb də var.

Zənnimcə, əhali arasında planlanmış, dövlət tərəfindən dəstəklənən təbliğat-təşviqat işləri aparılmalıdır.

Sürətlə xüsusi bir Dövlət Proqramının hazırlanmasına start verilməlidir...”, - deyə jurnalist həyəcan təbili çalıb.//Modern.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR