İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünənki qəzada ölən Tofiqin FOTOSU

1017 16.05.2024 12:47 Hadisə A A

Ötən gecə Bakı şəhər Binəqədi rayonu Goradil qəsəbəsində ağır yol qəzası baş verib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saat 01 radələrində 1999-cu il təvəllüdlü Məmmədov Piruz İsa oğlunun idarə etdiyi "Mercedes Benz C 320" markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb.

Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-ci il təvəllüdlü Həsənov Tofiq Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Sürücü P.Məmmədov və digər sərnişinlər - 1998-ci il təvəllüdlü Piriyev Orxan Fariz oğlu və 1996-cı ildə anadan olmuş Aslanov Allahverdi Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanılıb.

Bildirilir ki, qəzaya düşən 4 gənc dost olublar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR