İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamenti Bakı ilə İrəvanın Berlin görüşünü şərh etməyib

507 28.02.2024 03:31 Ölkə A A

ABŞ-nin Dövlət Departamenti Azərabaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanın Almaniyanın paytaxtı Berlində keçirilməsi nəzərdə tutulan görüşünü şərh etməyib.

“Report” xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller ona verilmiş müvafiq sualı açıqlamasız buraxaraq tərəfləri “uzunmüddətli razılığa gəlməyə” çağırmaqla yetinib.

“Xarici işlər nazirləri sabah Berlində görüşəcəklər. Bilirəm ki, Katib [Entoni Blinken] dekabr ayından onları burada, Vaşinqtonda, istəyirdi. Bu, Vaşinqton prosesinin sonu deməkdirmi? Bundan başqa, sabahkı görüşdən gözləntiniz nədir?”, – deyə jurnalist sözçüyə brifinqdə sual ünvanlayıb.

“Heç bir anonsum yoxdur, sadəcə biz hər iki tərəfi davamlı, uzunmüddətli razılaşma əldə etməyə çalışmağa təşviq etməyə davam edirik”, – mətbuat katibi cavab verib.

Xatırladaq ki, fevralın 28-29-da Almaniyanın paytaxtı Berlində Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR