İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Agentliyinin rəsmi YouTube kanalına kiberhücum olub - FOTO

838 02.04.2024 00:08 Ölkə A A

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi Yutub kanalı bu gün naməlum hakerlərin hücumuna məruz qalıb və ələ keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə qurumun Feysbuk hesabında bildirilib.

İzləyicilərdən diqqətli olmaları və adıçəkilən kanalı bəyənməmələri xahiş olunur.

Qeyd edək ki, ən qısa zamanda qurumun rəsmi Yutub kanalının bərpası, yaxud yeni kanalın yaradılması barədə ictimaiyyətə əlavə məlumat veriləcək. 

Screenshot_8.png (85 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR