İnsanlara hürriyət, millətlərə istiqlal!

Donetskdə konsert zamanı zal raketlə vuruldu, məşhur aktrisa həlak oldu - VİDEO

1600 22.11.2023 14:03 Dünya A A

Rusiyalı aktrisa Polina Menşix Donetskdə Ukrayna Silahlı Qüvvələrinin raket hücumu zamanı həlak olub.

Məlumatı Sankt-Peterburqun “Portal” teatr-studiyasında təsdiqləyiblər.

Bildirilir ki, aktrisa həmin vaxt hərbi qulluqçular qarşısında konsert proqramı ilə çıxış edirmiş.

Sosial şəbəkələrdə hücum anını əks etdirən video yayılıb.

Qeyd edək ki, rusiyalı ifaçı Polina Menşix, həmçinin “Nejen” teatrının direktoru, xoreoqraf, rejissor və dramaturq idi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR