İnsanlara hürriyət, millətlərə istiqlal!

Doğduğu uşağı zibil qutusuna atdı

773 18.02.2024 18:56 Hadisə A A

Novosibirsk sakini zibil qutusunda ədyala bükülmüş körpə tapıb. 

Kişi körpəni evinə gətirib, təcili yardım və polis çağırıb.

Müstəntiqlər müəyyən ediblər ki, uşağı zibil qutusuna onun öz anası, 22 yaşlı yerli sakin atıb. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına izah edib ki, bu yolla hamiləlik və doğuş faktını valideynlərindən gizlətmək istəyib.

Qeyd olunur ki, o, körpəni ədyala bükərək evinin yaxınlığındakı zibil qutusuna qoyub. Uşağın bəxti gətirib - onu iki saat sonra 36 yaşlı yerli sakin aşkar edib.

Körpə sağ qalıb, lakin ümumi soyuqdəymə ilə xəstəxanaya aparılıb. Uşağın vəziyyəti qənaətbəxşdir. (lent.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR