İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Bu qidaları MÜTLƏQ qəbul edin - Ömrünüz uzanacaq və...

1860 30.05.2023 18:11 Səhiyyə A A

Türkiyənin məşhur həkim və dietoloqu Canan Karatay sağlam yaşlanmaq və uzun ömür sürmək istəyənlərə yaşlanmanın qarşısını alan Omeqa-3 istehlak etməyi məsləhət görüb.

Musavat.com "CNN Türk"ə istinadən xəbər verir ki, məşhur həkim bu yağın hər gün qəbul edilməsinin vacibliyinə diqqət çəkib.

canan-karatay-1806.jpg (157 KB)

Karatayın “şəfalı yağ” adlandırdığı Omeqa-3 hipertoniya, infarkt və insult xəstəliklərinin qarşısını alır, döş və kolon xərçənginə qarşı qoruyucu təsir göstərir. İmmunitet sistemini gücləndirməyə də kömək edən yağ çəki artımının və piylənmənin qarşısını alan təsirə malikdir, həmçinin çəki atmağı asanlaşdırır, diabetin qarşısını almağa kömək edir.

Omeqa-3 aspirin kimi qanı durultmaq xüsusiyyətinə malikdir. Bu yağ, həmçinin qadınların doğuşdan sonra depressiya ehtimalını azaldır, menstruasiyadan əvvəl baş qaldıran problemlərin qarşısını almağa kömək edir.

Musavat.com məşhur həkimin tövsiyələrinə əsaslanaraq bu “şəfalı yağ” ilə zəngin olan bəzi qidaların siyahısını təqdim edir:

2104044_w724h483cx362cy242cxt0cy.jpg (81 KB)

· Balıq və dəniz məhsulları.

· Kətan toxumu.

· Qoz.

· İspanaq.

· Qırmızı mərci.

· Soya pendiri.

· Lobya.

· Brüssel kələmi.

Hər gün qəbul edilməli olan Omeqa-3-ün lazımi dozada istehlakına da diqqət yetirmək lazımdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR