İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Bu qidalardan UZAQ DURUN - Əks halda sümükləriniz..

2608 17.06.2023 01:00 Səhiyyə A A

Düzgün qidalanma sümük sağlamlığının qorunması ilə yanaşı, ümumən bədən üçün də əhəmiyyətlidir. Xüsusilə uşaqlıqda istehlak edilən sümük sağlamlığı üçün faydalı olan qidalar sonrakı yaşlarda meydana gələ biləcək sümük xəstəlikləri riskini azaltmağa kömək edir. Qadınlarda daha çox rast gəlinən osteoporozun səbəblərindən biri orqanizmin itirdiyi kalsiumdur.

Musavat.com xəbər verir ki, Türkiyənin tanınmış ortopediya və travmatologiya mütəxəssisi Alperen Korucu mövzu ilə əlaqədar əhəmiyyətli tövsiyələr verib.

Həkim bildirib ki, D vitamini çatışmazlığı da sözügedən xəstəliyə səbəb olur:

"Sümük sağlamlığı üçün faydalı olan və istehlak edilməsi lazım olan bəzi qidalar bunlardır: süd, qatıq, yumurta, kefir, balıq, ispanaq, banan, qırmızı bibər, portağal, pomidor, soya, əncir, mərci, göbələk, cəfəri".

Alperen Korucu qeyd edib ki, bəzi qidalar sümüklər üçün olduqca zərərlidir:

"İlk növbədə, həddindən artıq qəhvə istehlakı, siqaret, həddindən artıq duz istehlakı, həddindən artıq asidli içkilər istehlakı sümüklər üçün çox zərərlidir. Bunların xaricində oturaq həyat və Günəş işığından faydalanmamaq sümük sağlamlığı baxımından mənfi nəticələrə səbəb ola bilər".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR