İnsanlara hürriyət, millətlərə istiqlal!

Diplomatik Forumun keçirildiyi Antalyada zəlzələ oldu

442 01.03.2024 12:48 Siyasət A A



Türkiyənin Antalya kurortunda 3,5 bal gücündə zəlzələ baş verib.

Musavat.com bildirir ki, bu barədə Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Xəbər verildiyi kimi, cümə günü Antalyada Diplomatik Forum açılıb. AFAD-ın məlumatına görə, yeraltı təkanlar səhər saatlarında Qazipaşa ərazisində qeydə alınıb. Zəlzələnin ocağı 32,63 kilometr dərinlikdə yerləşib.

Antalyada keçirilən Diplomatik Forumda 20-dən çox dövlət və hökumət başçısının, 90-a yaxın nazirin, o cümlədən 60-dan çox xarici işlər nazirinin, eləcə də 80-ə yaxın beynəlxalq təşkilat nümayəndəsinin iştirakı gözlənilir.

Qeyd edək ki, Diplomatik Forumda Azərbaycan XİN başçısı Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR