İnsanlara hürriyət, millətlərə istiqlal!

Dinlərdə cin-şeytana işarə var, bəs yadplanetlilərə? - rəy

857 01.08.2023 08:00 Gündəm A A

Dinşünas: “Quranda müxtəlif məxluqlara işarələr var, amma...”

Alimlər başqa planetdə həyatın axtarışı üçün lazer cihaz yaradıblar. Onlar başqa planetlərdə lazerin köməyi ilə bioloji aktivliyin axtarışı üçün cihaz yaradıblar. Bu barədə Merilend Universiteti məlumat yayıb. Qeyd olunub ki, təxminən 8 kiloqram ağırlığında olan cihazda həyat əlamətlərini aşkar etmək və materialların tərkibini təyin etmək üçün iki vacib alət - nümunədən az miqdarda materialı götürən impulslu ultrabənövşəyi lazer və kimyəvi tərkibi müəyyən etmək üçün buraxılan şüaların spektrini təhlil edən “Orbitrap” analizator mövcuddur.

Ümumiyyətlə, zaman-zaman başqa planetlərin, paralel dünyanın olması barədə fərziyyələr irəli sürülür.  Düzdür, indiyə qədər aralarında Stephen Hawking, Carl Sagan və onun xələfi Neil Degrasse Tyson-da daxil olmaqla heç bir elm adamı və seti (Search for Extraterrestial Intelligence), NASA və ESA (European Space Agency) kimi bu mövzularda ciddi elmi araşdırma mərkəzləri UNO-ların mövcudiyyətini aşkara çıxara bilməyib. Yeri gəlmişkən, panspermiya - yer kürəsinə həyatın (ilk canlıların/mikroorqanizmlərin) yaranmasının digər planetlərdən və yaxud səma cismlərindən (kometa, meteroit, asteroid və s. vasitəsilə) gəldiyini iddia edən hipotezisdir. Əslində bu iddia kainatda canlıların necə yarandığını deyil, necə yayıldığını izah etməyə çalışır.

Bəzi iddialar da var ki, insanlar fərqli zamanlarda dünyaya təkrar gəlirlər. Son illər buna bəzi filmlərdə, bir sıra əsərlərdə eyhamlar vurulur. Elə  xalq şairimiz Ramiz Rövşən də şeirlərinin birində buna toxunub,  “O yoldan ötən qız anamdı bəlkə, bəlkə də, oğlumdu bu oğlan elə” deyərək paralel dünyaya işarə edib.

Bəs görəsən, bütün bu deyilənlərin, fərziyyələrin hər hansı əsası varmı? Dinimizdə və digər müqəddəs kitablarda bununla bağlı bir işarələr varmı?

Fərid Abdullah: Qadınlar, beşmərtəbəli evin altıncı mərtəbəsinə qalxmayın

Fərid Abdulla

Dinşünas Fərid Abdulla mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bəzi məqamlara aydınlıq gətirdi. O dedi ki, Quranın “Fatihə” surəsində aləmlərin rəbbi ifadəsi var: “Bu tək dünyaya aid deyil, aləmlərə aiddir. Ayələrin nömrələrini dəqiq yadımda saxlamasam da, deyə bilərəm ki, Allah dəfələrlə Quranda digər yaradılış və məxluqlardan da söz açır. Bununla belə, Quran elm kitabı sayılmır ki, biz ona elmi dəlil kimi baxaq. Misal üçün, dəmirin kimyəvi formulu belədirsə, onda Qurana baxaq ki, orada var, ya yox. Quranın nazil olmasında məqsəd insanları zülmətdən nura doğru çıxarmaqdır. Quran paralel dünya, yadplanetlilər haqqında söz açmayıb. ”Əgər siz göylərin qat təbəqələrindən sıyrılıb çıxmaq istəsəniz də, Allahın səltənət hökmranlığından o yana gedib çıxa bilməyəcəksiniz" deyə müqəddəs kitabda buyurulub. Quranda heç kim deyə bilməz ki, bunu təsdiq edən nə isə var. Quranda insanları mənəvi, ictimai şəkildə təkamülə çatdırmaq nəzərə çatdırılır. Amma dinimiz elmi tədqiqatların, araşdırmaların qarşısını almır. Bu gün yeni bir heyvan kəşf olunur ki, insanların ondan xəbəri yoxdur. Sabah bilmirik, bəlkə bu barədə də nə isə tapılacaq, yenilik olacaq. Kəşf olunacağı halda belə paralel dünyanın, yad planetlilərin olması Allahin varlığına əks arqument kimi gətirilə bilməz.  Allahın yaratdığı məxluqları tapmaq insanlarda Allaha qarşı imanı daha da artırar. Quranda müxtəlif məxluqlara işarələr var. Amma konkret ad çəkilməyib. Bu sübut olunsa belə, yenə deyirəm, bu, əsla Allahın varlığına əks arqument sayıla  bilməz. Nə islamda, nə də digər dinlərdə buna rast gəlinməyib".

Dinşünas, “İnsanın təkrar həyata dönməsi barədə fikirlərə də münasibət bildirib: ”Bir çox kənar etiqadlar buna müsbət yanaşıblar. Amma səmavi dinlər istər yəhudi, istər xristianlıq, istərsə də islam reinkarnasiyanı qəbul etmir. Çünki reinkarnasiya olduqda bir çox məsələlər sual altına düşür. Əgər əməllərin təcəssümüdürsə, əməllər təcəssüm edə bilər. Misal üçün, qiyamət günü ola bilər ki, insanın bəzi əməli təcəssüm etsin, hansısa formaya düşsün. Yaxud ola bilər ki, Allah icazə versin, insanın əzaları dilə gəlsin ki, sən hansı cinayətləri törətmisən. Bəli deyilə bilər ki, bərzəxdə insan hansı bədəndə olar, qiyamətdə hansı bədəndə olar. Amma ruh dəyişməz. Bunlar isə reinkarnasiyadan fərqli məsələlərdir. Amma insanın ölüb, sonra qadın, ya kişi, it, pişik cinsində gəlməsi islam bunu qəbul etmir. Bu ilahi ədaləti, bu qəbil sistemi sual altına qoyur".

Namaz həyatımızı işıqlandıran bir çıraqdır - Hacı Samir Əzizov - Şafaqna  Azərbaycanca

Samir Əzizov 

İlahiyyatçı Samir Əzizov da mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dini mətnlərdə bununla bağlı işarə tapmaq çox çətindir: “Düzdür, bəzi ayələrdə işarələr var, misal üçün rəhmətil-əl-aləmin, aləmlərə rəhmət, aləmlərin varlığından danışılır. Amma bu aləmlərin hansı aləm olduğu, başqa cür izah olunur. Paralel dünyanın olması barədə işarəyə rast gəlinməyib. Amma cinlərin varlığı barədə quranda toxunulub. Amma hansı formada olması məsələsi var. Quranda xüsusi olaraq Cin surəsi var. Yaxud başqa bir Quran ayəsi var ki, ”insanları və cinləri yalnız mənə ibadət etsin deyə yaratdım". Yaxud Fələk və Nas surəsində cinlərdən bəhs olunur. Bununla bağlı "Qurani-Kərim"də dəqiq informasiya var. Amma bu varlıqların necəliyi insanlar tərəfindən bilinmir. Onsuz da Cin sözünün kökü də gözə görünməyən varlıq  anlamı daşıyır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR