İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN vətəndaşlara çağırış etdi - VİDEO

865 01.01.2024 16:38 Ölkə A A

Daxili İşlər Nazirliyi (DİN) növbəti dəfə vətəndaşları qanunsuz saxlanılan odlu silahları könüllü təhvil verməyə çağırıb.

Bu barədə Musavat.com-a DİN-dən məlumat verilib.

"Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər", - məlumatda qeyd edilib.

O da vurğulanıb ki, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında yeni ilin ilk günü həyata keçirilən tədbir zamanı 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Bağırov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 6 ədəd patron və patron darağı aşkar edilib. R.Bağırov silahı bir müddət əvvəl əldə etdiyini, polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını, bayram günü həmin tapança üzərində olan zaman polislər tərəfindən saxlanıldığını bildirib.

Araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR