İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN-dən partiya qərargahının pilləkəninin yararsız hala salınmasına MÜNASİBƏT

2591 03.05.2022 15:28 Hadisə A A

Daxili İşlər Nazirliyi (DİN) Vətəndaş İnkişaf Partiyasının (VİP) Yasamal rayonunda yerləşən qərargahının qarşısındakı pilləkənin yararsız hala salınmasına münasibət bildirib.

Musavat.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a deyib ki, VİP-in Yasamal rayonunda yerləşən qərargahının qarşısındakı pilləkənin daş məhəccərlərinin yararsız hala salınması ilə bağlı əməldə siyasi motiv yoxdur:

"Polis tərəfindən keçirilən tədbirlərlə müəyyən olunub ki, mayın 1-də gecə saatlarında rayon sakinləri – Elçin Məmmədov və Fərid Əhmədov arasında şəxsi münasibətlər zəminində münaqişə baş verib. Baş verən münaqişədən sonra F.Əhmədov içkili vəziyyətdə partiya qərargahının qarşısındakı məhəccərləri dağıdaraq yararsız hala salıb.

Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR