İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilənçi vəziyyətinə düşən model efirdə pul istədi: "Bu qədər lazımdır ki..."

3545 20.10.2023 17:35 Hadisə A A

"İllər əvvəl Faiq Ağayev, Samir Bağırov, Fərhan Bakinski kimi məşhur müğənnilərin kliplərinə çəkilmişəm. Hazırda uşağım, anam və mən birlikdə yaşayırıq".

Bu sözləri "Elgizlə izlə" verilişində dilənçilik vəziyyətinə düşən və narkotik aludəçisinə çevrilən Təhminə (Toma) adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimova deyib: "İkinci dəfə Britaniya vətəndaşına ərə gedəndə depressiyaya düşdüm. Mən onu sevmirdim. Bizim oğlumuz dünyaya gəldi. Bundan sonra bu hadisələr yaşanmağa başladı. Avtomobillərimi və evlərimi satdım. İçki içməyə başladım".

Rövşanə Kərimova Elgiz Əkbərin "Xarici vətəndaş olan həyat yoldaşın uşağına kömək edirmi?" sualına belə cavab verib: "O, mənə deyib ki, əgər normal vəziyyətə dönsəm köməklik göstərəcək. Şəkillərimi ona göndərəcəm ki, normal halımı görsün. Müalicə alıram. Bu mərhələni keçmək üçün mənə 500 manat pul lazımdır. Sonra özüm öz vəziyyətimi düzəldəcəm”./Teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR