İnsanlara hürriyət, millətlərə istiqlal!

Dığ kəndi istiqamətində növbəti təxribat

1936 14.04.2023 20:32 Region A A

Ermənistan növbəti təxribatlara start verib. Belə ki, aprelin 11-də baş verən təxribatdan sonra Gorusun Dığ kəndi istiqamətində mühəndis işləri yenidən bərpa olunub.

Musavat.com bildirir ki, bunu Ermənistan mediasına müsahibəsində icmanın Ağsaqqallar Şurasının üzvü Arqam Hovsepyan deyib.

“Biz öz tərəfimizdə işləyirik, onlar da hadisədən əvvəl olduğu kimi öz tərəfində işləyirlər. Atışmanın baş verdiyi yerdə mühəndislik işləri aparılır. Təxribat nəticəsində Ermənistan tərəfi heç bir mövqe itkisi verməyib, lakin azərbaycanlıların bir neçə həftədir məskunlaşdığı ərazi bizimdir”-icma rəhbəri iddia edib.

Xatırladaq ki, aprelin 11-də Dığ kəndi yaxınlığında toqquşma baş verib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları avtomobillə mühəndis işləri aparan Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinə yaxınlaşıb. Bu zaman düşmən silaha əl atıb, nəticədə erməni tərəfdən 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Azərbaycan 3 şəhid verib, həmçinin yaralılarımız var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR