İnsanlara hürriyət, millətlərə istiqlal!

Diabet və piylənməyə qarşı yeni preparat istehsal ediləcək

908 12.11.2023 07:42 Səhiyyə A A

“AstraZeneca”nın səhmlərinin qiymətləri şirkət Çin tərəfdaşı “Eccogene” ilə diabet və piylənməyə qarşı yeni preparatın istehsalı üzrə çoxmilyardlı razılaşmanı elan etdikdən sonra sürətlə yüksəlib.

Transmilli əczaçılıq şirkəti sərmayəçilər üçün nəzərdə tutulmuş hesabatında 2023-cü ilin ilk doqquz ayında onun ümumi gəliri 5 % artaraq 33,8 milyard dollar təşkil edib.

“AstraZeneca” pandemiya dönəmində koronavirusa qarşı vaksin buraxmış ilk şirkətlərdən biri olması ilə ad qazanıb. Ancaq, hesabata görə, onun satışları yanvardan sentyabradək olan müddətdə 2,9 milyard dollar azalıb.

Bununla belə, digər tərtibatlardan əldə edilmiş yüksək qazanc İngiltərə-İsveç şirkətinə üçüncü rübdə ümumi artıma nail olmağa imkan verib: COVID-19 qrupuna daxil olmayan preparatların satışından əldə edilmiş gəlir ötən ilə nisbətən 13 % artıb.

“AstraZeneca” həmçinin xərçəngə qarşı dərman vasitələrinin tədqiqatı və tərtibatına investisiya etməyi planlaşdırdığını açıqlayıb.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR