İnsanlara hürriyət, millətlərə istiqlal!

Deşam qərarını verdi - milli komandada qalır

520 20.12.2022 13:39 İdman A A

Fransa millisinin baş məşqçisi Didye Deşam yığma ilə 2026-cı il dünya çempionatına qədər müqavilənin uzadılması barədə danışıqlar aparmaq istəyir.

Qol.az xəbər verir ki, bu barədə L’Equipe" nəşri məlumat yayıb. Bildirilib ki, mütəxəssisn Fransa Futbol Federasiyası (FFF) ilə müqaviləsi dekabrın sonunda başa çatır. FFF rəhbəri və Fransa prezidenti Emmanuel Makron Deşamı komandada saxlamaq istədiklərini bildiriblər.

Qeyd olunur ki, o, millini təkcə Avro-2024-də deyil, həm də DÇ-2026-da çalışdırmaq niyyətindədir.

Xatırladaq ki, Deşam 2012-ci ilin yayından Fransa millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub və Qətərdə keçirilən dünya çempionatının finalına çıxıb. Komanda həlledici matçda Argentinaya uduzub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR