İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərslər bu tarixdə başlayacaq - Nazir əmr imzaladı

6829 11.09.2023 17:30 Təhsil A A

2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabrda başlayıb, 14 iyunda başa çatacaq.

Musavat.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrdə bildirilib.

Əmrdə qeyd olunub ki, 2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq. Eyni zamanda Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi məsələsi də əmrdə yer alıb.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR