İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat 7 yaşlı uşağın məşq zamanı ölməsindən danışdı

955 02.05.2023 12:05 Kriminal A A

Milli Məclisin iclasında çıxış edən deputat Kamal Cəfərov Sumqayıt şəhərində tanınmış idmançının 7 yaşlı uşağın ölümünə səbəb olan zorakılıqlar etməsindən bəhs edib.

Deputat rəsmi qurumlara müraciətlə “Gənclər və İdman Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar Sumqayıtda məşq zamanı uşağın ölməsi məsələsi ilə bağlı müvafiq addımlar atmalıdır”-deyə bildirib.

K.Cəfərov əlavə edib ki, Sumqayıt idman məktəbində məşqçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır. Deputatın sözlərinə görə, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi idman məktəblərində nəzarəti gücləndirməlidir. “İdman məktəblərindən müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır. Bütün idman zallarına müşahidə kameraları quraşdırılmalıdır. Buradan uşaqlara demək istəyirəm ki, əgər siz də məşq zamanı pis rəftarla üzləşsəniz mütləq 102-yə zəng edərək polisə məlumat verin”, - deputat bildirib.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR