İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dəmir Qübbə"dən keçən raketlər Təl-Əvivə düşdü - EKSKLÜZİV VİDEO

2262 28.10.2023 17:14 Dünya A A

Tanınmış jurnalist, "AzerNyuMedianın" rəhbəri Kamran Qasımov hazırda İsrail-HƏMAS toqquşmalarının davam etdiyi münaqişə bölgəsindədir.

Jurnalistin eksklüziv olaraq Musavat.com üçün lentə aldığı görüntülərdən aydın olur ki, "Dəmir Qübbə" sistemi ilə qorunmasına baxmayaraq, Qəzzadan atılan raketlər İsrailin paytaxtı Təl-Əvivə də düşür. 

Kamran Qasımovun sözlərinə görə, raket hücumu nəticəsində ölən olmasa da, 2 nəfər yaralanıb. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, "Dəmir Qübbə" İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısaməsafəli hava hücumundan müdafiə sistemidir. Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısaməsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir.

Musavat.com sözügedən görüntüləri təqdim edir:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR