İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli qəza ilə bağlı yeni məlumatlar: Nicatın qardaşı...

2672 15.08.2023 08:48 Gündəm A A

Xəbər verdiyimiz kimi, tanınmış bloger “Nikosayağı” adı ilə tanınan Nicat Mütəllimov ağır yol qəzası törədib.

Hadisə ilə bağlı onun dostu rəqqas Ramil Qasımov məlumat verib.

O, Nicatın əməliyyat olunduğunu bildirib:

“Kim nə gəldi danışır... Guya maşında 4 nəfər olublar, içkili halda sürürmüş. Bunlar yalan məlumatdır. Maşında 2 nəfər olub. İçkili olmayıblar.

İndi reanimasiyadadır. Həkim deyir, saat 11-12-yə qədər oyanacaq. İnşallah hər şey yaxşı olacaq. Vəfat edən öz qardaşı deyil. Yaxın dostu olub. Nihat sağdır, o maşında olmayıb. Xahiş edirəm, yalan məlumat yaymayın.
Hadisə zamanı Nicat ancaq su istəyirdi, su verin deyirdi... Üzündə şüşənin qırıntılarından kəsiklər var idi. Dəhşət idi...”.


 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR