İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ HADİSƏ - 21 ölü, 38 yaralı

1813 17.03.2024 13:15 Dünya A A

Əfqanıstanın cənubundakı Helmand əyalətində avtobusun yanacaq daşıyan tanker və motosikletlə toqquşması nəticəsində 21 nəfər həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" əyalət qubernatorunun nümayəndəsi Məhəmməd Qasim Riyaza istinadən məlumat yayıb.

Dəhşətli hadisə yerli vaxtla saat 5:00-da baş verib. Qeyd olunub ki, qəza nəticəsində 38 nəfər xəsarət alıb.

Qəza Qəndəhar ilə Herat əyaləti arasındakı əsas magistral yolda baş verib.

Helmand polisinin sözçüsü Xzatullah Haqqani bildirib ki, zərərçəkənlər ağır xəsarətlərlə Gerşak və Ləşkərgah xəstəxanalarına yerləşdirilib.

BBC-nin məlumatına görə, avtobus tamamilə yanıb, yanacaq çəni isə qismən zədələnib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR