Hindistanda ortaya çıxan yeni virus böyük təşviş yaradıb.
Musavat.com xəbər verir ki, 11 kənddə aşkar edilən və qəfil saç tökülməsinə səbəb olan epidemiya nəticəsində 155 nəfər keçəl qalıb, rəsmilər isə vəziyyətin nəzarət altına alınması üçün tədbirlərə başlayıb.
Hindistanın Maharaştra əyalətinin Buldhana bölgəsindəki 11 kənddə baş verən hadisə insanları çaşdırıb. 155 nəfər qəfil saçlarını itirib.
Akola və Buldhana tibb fakültələrindən mütəxəssislər infeksiyanın mənbəyi, ötürülmə yolları və qarşısının alınma üsulları ilə bağlı araşdırmalara başlayıb. Son açıqlamaya görə, 11 kənddə 65 nəfərdən qan nümunələri götürülüb.
Sözügedən kəndlərdəki mağazalardan sabun, saç yağı və şampun nümunələri, yeraltı su sistemindən isə nümunələr analiz üçün götürülüb.
Bölgənin sağlamlıq rəsmisi Dr. Amol Gite vəziyyətlə bağlı bunları bildirib: "Cümə günü 15 yeni hal aşkar etdik. Bütün xəstələrə göbələk əleyhinə dərmanlar və vitaminlər veririk. Biopsiya nəticələrini qarşıdakı 4-5 gün ərzində əldə etməyi gözləyirik".
Musavat.com