İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT: Vulkan püskürdü! - 11 alpinist öldü, 12-si isə ...

753 04.12.2023 17:08 Hadisə A A

İndoneziyanın Sumatra adasının qərbində Merapi vulkanının püskürməsi nəticəsində ilkin tapıntılara görə 11 alpinist həlak olub.

Musavat.com xəbər verir ki, itkin düşən 12 alpinistin tapılması üçün axtarış-xilasetmə işləri davam edir.

Qərbi Sumatra Dövlət Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Əbdül Malik açıqlamasında bildirib ki, ştatın Aqam bölgəsindəki Merapi vulkanında baş verən partlayışlardan sonra axtarış-xilasetmə qrupları 11 alpinistin cəsədlərinə çatıb. Əbdül Malik onu da əlavə edib ki, qruplar itkin düşdüyü bildirilən 12 alpinistin axtarışlarını da davam etdirir.

Ştatın paytaxtı Padanqdakı yerli Axtarış və Xilasetmə İdarəsinin rəsmisi Hari Aqustian da qeyd edib ki, dekabrın 2-də dağa qalxmağa başlayan təxminən 75 alpinistdən 52-si xilas edilib, onlardan 8-i bədən xəsarətləri səbəbindən xəstəxanaya yerləşdirilib.

Səlahiyyətlilər ani daşqınlar və torpaq sürüşmələri nəticəsində təxminən 50 ailənin evlərini tərk etdiyini bildirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR