İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT: Köpək balığı ABŞ hərbçisini BELƏ YEDİ - 18+ VİDEO

1632 10.06.2026 01:08 Dünya A A

ABŞ-ın Florida ştatında dəhşətli və qanlı hadisə qeydə alınıb. Meksika körfəzində çimən hərbçi nəhəng ağ akulanın qəfil hücumuna məruz qalaraq ağır xəsarətlər alıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "NSA Panama City" dəniz bazasının əməkdaşı həmkarı ilə birlikdə nahar fasiləsi zamanı Meksika körfəzində çimmək qərarına gəlib. Onlar sahildən bir qədər uzaqlaşdıqdan sonra qəfil yırtıcı ağ akulanın hücumuna məruz qalıblar. Nəhəng akula hərbçini qəfildən yaxalayaraq suyun altında parçalamağa başlayıb.

Hadisə şahidlərinin və həmkarının çevikliyi sayəsində hərbçi son anda akulanın ağzından xilas edilərək sahilə çıxarılıb. Hər iki qolundan dəhşətli və dərin xəsarətlər alan hərbçi çoxlu qan itirib. O, dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım helikopteri vasitəsilə kritik və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda həkimlər onun həyatını xilas etmək üçün mübarizə aparır, ərazidə isə çimərlik fəaliyyətlərinə müvəqqəti məhdudiyyət qoyulub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR