İnsanlara hürriyət, millətlərə istiqlal!

"DÇ-2022-nin bu vaxt keçirilməsi ağılsızlıqdır" - Klopp

1073 05.11.2022 12:30 Son xəbər A A

"Liverpul"un baş məşqçisi Yurgen Klopp DÇ-2022-yə az qalmış bir çox futbolçunun zədələnərək mundialdan kənarda qalmasına etiraz edib.

Qol.az xəbər verir ki, almaniyalı mütəxəssis "goal.com"a açıqlamasında dünya çempionatının noyabr-dekabr aylarına salınmasının düzgün olmadığını, bu səbəbdən zədəlilərin çox olmasını bildirib:

“Mən bu mövzuya nifrət edirəm, Problemlər göz qabağında idi. Dünya çempionatına 3-4 həftə qalanda bu haqda danışmağa başladılar. İndi futbolçular qəflətən zədələnir və məlum olur ki, dünya çempionatında oynaya bilməz. Problem budur.

Futbolçuların mövsümün sonunda zədələnərək dünya çempionatını buraxması normaldır. Uzun bir mövsümdən sonra bu, hər yerdə baş verir. Ancaq oyundan bir həftə sonra dünya çempionatına başlamaq daha riskli və ağılsızlıqdır.

Heç kim bizimlə maraqlanmır. Mən nə etməliyəm? Futbolçulardan soruşun ki, həqiqətən oynamaq istəyirlərmi?"

Xatırladaq ki, Qətərdə təşkil ediləcək dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Mundialın ənənəvi olaraq yayda deyil, bu aylarda keçirilməsi isə yayda Qətərdə havaların çox isti olması ilə bağlıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR