İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2022: Fransa millisi İngiltərə ilə oyunda yenidən hesabda önə keçib FOTO VİDEO yenilənir

781 11.12.2022 00:40 İdman A A

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda hesaab dəyişib.

"Report"un məlumatına görə, 78-ci dəqiqədə Olivye Jiru "xoruzlar"ı yenidən hesabda önə çıxarıb - 2:1.

***

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda 2-ci qiol vurulub.

54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Böyük Britaniya təmsilçisinin kapitanı Harri Keyn hesabı bərabərləşdirib.

***

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda ikinci hissə başlayıb.

İlk yarıdan sonra Böyük Britaniya təmsilçisi rəqibinə uduzur - 0:1.

***

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, "xoruzlar" fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 17-ci dəqiqədə Orelyen Çuameni vurub.

***

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 17-ci dəqiqədə fərqlənən Orelyen Çuameni "xoruzlar"ı önə keçirib.

***

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının 1/4 final oyununda üz-üzə gələcək İngiltərə və Fransa yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

İngiltərə: Cordan Pikford, Kayl Uolker, Luk Şou, Deklan Rayz, Con Stounz, Harri Maquayr, Cordan Henderson, Harri Keyn (K), Bukayo Saka, Fil Foden, Cud Bellingem

Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR