İnsanlara hürriyət, millətlərə istiqlal!

Danimarkanın baş nazirinə hücum edildi

648 08.06.2024 03:36 Dünya A A

Danimarkanın paytaxtı Kopenhaqendə naməlum şəxs ölkənin Baş naziri Mette Frederiksenə hücum edib.

Bu barədə "Ritzau" agentliyi polisə və baş nazirin dəftərxanasına istinadən məlumat verib.

Bildirilib ki, hökumət başçısı Danimarka paytaxtının köhnə şəhəri olan Kyultorve meydanında olduğu zaman kişi ona yaxınlaşıb və zərbə endirib.

Hökumət dəftərxanasından verilən məlumata görə, baş nazir baş verənlərdən şoka düşüb. Onun zədə alıb-almadığı ilə bağlı isə məlumat verilmir. Frederiksenin özü məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Hücum edən şəxs polis tərəfindən saxlanılıb.

"Ritzau" agentliyi qeyd edib ki, son günlər Mette Frederiksen öz partiya yoldaşı, Avropa Parlamentinə namizəd Kristel Şaldemusun seçkiqabağı kampaniyasında iştirak edib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR