İnsanlara hürriyət, millətlərə istiqlal!

Danimarkadan Ukraynaya BÖYÜK DƏSTƏK

749 13.12.2023 20:49 Dünya A A

Danimarka hökuməti Ukrayna üçün 1 milyard avroya yaxın dəyəri olan yeni hərbi yardım ayırır.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Mette Frederiksen Ukrayna prezidenti və ikinci Ukrayna-Şimali Avropa sammitinin iştirakçıları ilə birgə mətbuat konfransında deyib:

“Biz qətiyyətlə Ukraynanın tərəfindəyik. Danimarkada indi Ukraynaya dəstək üçün 8 milyard avrodan çox vəsait ayırmağı öhdəmizə götürmüşük və tərəfdaşlarımızla birlikdə F16-nı təqdim edəcəyik”.

Eyni zamanda Danimarkanın baş naziri qeyd edib ki, sabah, dekabrın 14-də onun hökuməti parlamentdə yeni hərbi paket təqdim edəcək:

“Paket təxminən 1 milyard avro təşkil edəcək".

Onun sözlərinə görə, Danimarka parlamenti bu paketi təsdiq edərsə, ona döyüş sursatları, tanklar, dronlar və digər mühüm avadanlıqlar və ya Ukraynanın hazırda döyüş meydanında ehtiyacı olanlar daxil olacaq:

“İndi cəsarətli Ukrayna əsgərlərinin hər gün döyüşdüyü müharibədən yorulmağın vaxtı deyil".

Qeyd edək ki, Danimarka F-16 qırıcılarının ilk partiyasını 2024-cü ilin mart-aprelində Ukraynaya təhvil verəcək. Ümumilikdə, 19 təyyarənin verilməsi nəzərdə tutulur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR