İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstandakı hücumlarda şübhəli bilinən şəxslər terrorizmdə ittiham olunurlar

392 09.07.2024 01:01 Dünya A A

Rusiya İstintaq Komitəsi iyunun 23-də Mahaçqala və Dərbənddə törədilən hücumların iştirakçılarını terrorizmdə ittiham edib.

“Report” TASS-a istinadən xəbər verir ki, İstintaq Komitəsi silahlı basqın faktları ilə bağlı başlanmış cinayət işinin istintaqını davam etdirir.

"Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açılıb və onlar məhkəmə tərəfindən nəzarətə götürülüb”, - məlumatda deyilir.

Digər şəxslərin terror aktında əli olub-olmaması yoxlanılır.

“İstintaq hərtərəfli və obyektiv araşdırma aparacaq ki, bu terror aktlarında iştirak edənlərin heç biri cinayət məsuliyyətindən yayınmasın”, - idarədən bildirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR