İnsanlara hürriyət, millətlərə istiqlal!

COVID-19-un "kentavr" subvariantı təhlükəlidir? - ÜST-dən AÇIQLAMA

1345 20.07.2022 11:05 Yaşam A A


Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) Rusiyada da daxil olmaqla müəyyən edilən "kentavr" kimi tanınan koronavirusunun "omikron" ştammının yeni "BA.2.75" subvariantının xəstəliyin ağır keçməsinə təsir etdiyi barədə məlumat yoxdur.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Cenevrə Baş Qərargahında bildiriblər.

"Kentavr"ın təhlükəli olub-olmaması ilə bağlı sualı cavablandıran qurumun mətbuat xidməti deyib: "Onun xəstəliyin ağır keçməsinə təsiri haqqında hələ kifayət qədər məlumatımız yoxdur. Məlumatlar gələn kimi biz yaxından izləyəcəyik".

Təşkilat xatırladıb ki, "kentavr" subvariantı indiyədək ondan çox ölkədə tapılıb və əksər hallarda söhbət "Hindistandan [virus genomunun] ardıcıllığından" gedir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR