İnsanlara hürriyət, millətlərə istiqlal!

Consonun ağır papkası, Zelenskinin çiynindəki yük...

1845 18.06.2022 03:38 Yazarlar A A

Ukrayna müharibəsinin “qırğısı”Avropa liderlərindən dərhal sonra Kiyevə niyə gəldi?

Dörd Avropa Birliyi ölkəsi(Almaniya, Fransa, Runıniya və İtaliya) rəhbərinin Kiyevə səfərinin pərdəarxasında Zelenskini hansısa güzəştlərə vadar etmək məqsədi daşıdığı haqda xəbərlər ciddi deyil. Zelenskini bağlı qapılar arxasında güzəştə səsləməyin mənası da yoxdur- müharibənin gedişi, cəbhədəki vəziyyətdən onun hamıdan yaxşı xəbəri var. Üstəlik, Kiyevdə NATO generalitetinin qeyri-rəsmi qərargahı da olmamış deyil, kəşfiyyat da cəbhədəki vəziyyət haqda mütəmadi təhlillər verirlər. Ukraynanın müharibəni dayandırmaq, hansısa güzəştlərə razılaşmaq fikri olsa, Makron da, Şolts da Zelenskinin məsləhətləşəcəyi ən sonuncu liderlərdir.

Ukrayna müharibəsinin hərəkətverici qüvvəsi də, beyin mərkəzi də Avropa liderlərindən sonra ağır papkasını da qoltuğuna vurub Kiyevə gəldi. Həm də bu fərqi nümayiş etdirmək, Ukrayna müharibəsində əsas “artilleriyanın” kimin olduğunu göstərmək üçün onların səfərinin səhəri gün...

Война в Украине — Украинская авиация успешно уничтожает российскую технику  — новости Украины / НВ

Britaniyanın baş naziri Boris Conson ikinci dəfədir ki, Kiyevə gəlir. Onun budəfəki gəlişinin də xüsusi anlamı əlbəttə ki, var. Əvvala, Britaniya lideri yaxşı bilir ki, tərk etdikləri Avropa Birliyinin yaxın günlərdə Ukraynanın adını namizədlər sırasına yazacağı sadəcə, bir aldadıcı prosedurdur. Tutaq ki, 23-24 iyunda keçiriləcək bu mərhələ Kiyev üçün uğurlu olacaq. Bəs Avropa Birliyinə namizəd statusu nə verir? Siyasi və hüquqi baxımdan praktiki olaraq heç nə. Bu, yalnız iqtisadi proseslərin intensivləşməsi baxımından vacib ola bilər. Avropa Birliyi Ukraynaya iqtisadi dəstək zatən verir və bu dəstək davam edəcək. Üzvlük prosedurunu başlamaq üçün Avropa Birliyinə üzv ölkələrin bütün liderlərinin sammitində təsdiqlənməlidir.

O da faktdır ki, 1999-cu ildən Türkiyənin “növbə gözləməsi” nümunəsi kimi Ukrayna da onilliklər boyu “namizədlər arasında” otura bilər. Beləliklə, çox uzaq gələcəkdə növbəti “sərhədi keçmək” - Avropa Birliyinin tamhüquqlu üzvü olmaq mümkündür. Makron bəlkə də siyasətçiyə yaramayan səmimiyyəti ilə bunu açıq şəkildə bəyan etdiyi üçün Kiyevdə soyuq qarşılandı. Amma gerçəklik budur...

Ukrayna müharibəsinin əsası 2014-cü ildə elə Avromeydandan başlamamışdımı? Bu 8 ildə Ukraynanın namizədliyi də, üzvlüyü də mümkün idi. Amma bunu etmədilər, odun-alovun içində və gələcəyi xeyli dumanlı olan bir zamanı niyə gözləmək lazım idi ki? Putin Peterburq forumundakı çıxışında Ukraynanın Avropa Birliyinə qarşı olmadıqlarını bəyan etdi. Səbəbini dedi ki, Avropa Birliyi hərbi ittifaq deyil. Putin də bilməmiş deyil ki, bu prosedur sadəcə, indilikdə Ukraynanın könülün almaqdır, üzvlük-filan illər apara bilər.

FVd6tw3X0AAxdSe (1).jpg (47 KB)

Kiyevə son iki gündə reallaşan səfərlər daha bir mühüm məsələni ortaya çıxdı. Bu, Ukrayna uğrunda rəqabətdir. Avropa liderləri Kiyevi tərk edən kimi Britaniya hökumətinin başçısı Boris Consonun qəfil gəlişi təsaqdüfi ola bilməz. Onun səfəri əvvəlcədən elan olunmayıb və görünür, britaniyalılar “Qoca qitə”də ənənəvi rəqiblərinə bu qəfil səfərlə cavab verməli olublar. İngilis baş nazir bundan əvvəl Avropanın ayrıca hərbi-müdafiə alyansının yaradılmasını təklif etmişdi. Consonun təklifinə görə, yeni alyansa Britaniya və Ukraynadan başqa Rusiyaya qarşı daha sərt mövqeyi ilə seçilən Baltikyanı ölkələr, Polşa və Çexiyaya daxil ola bilər. Bu təklif təkcə sanksiyalar məsələsində çatlaq verən Avropa Birliyinin qeyri-rəsmi parçalamaq cəhdi deyil, həm də Avropa İttifaqına üzvlük növbəsi gözləyən Ukraynanı və eləcə də digər ölkələri şirnikləndirməkdir.

Conson Kiyevə səfirini xüsusi edən həm də onun Zelenski ilə şəhər gəzintisidir. Bu dəfə də Conson Zelenski ilə şəhər turuna çıxdı, rusların atdıqları raketlərin qalıqların baxdı. Conson Ukrayna müharibəsinin heç şübhəsiz “qırğısıdır”. Britaniya həm Kiyevə silah dəstəyi verir və Rusiyaya qarşı sərt siyasətində prinsipial mövqeyini qoruyur.

Jb9M8xz6Zp3N-580.jpg (138 KB)

Zelenski ilə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Consonun dediklərinə diqqət edək: "Ukrayna hərbçiləri itkilər verir, amma sizə deməliyəm ki, Putinin qoşunları da görünür ki, böyük təzyiq altındadır və çoxlu insan itirir. Onlar böyük miqdarda sursat - artilleriya və digər mərmilər xərcləyirlər. Ukraynaya hücumdan 114 gün keçməsinə baxmayaraq, Rusiya komandanlığı hələ də birinci həftədə əldə etmək istədiyi məqsədlərinə nail ola bilməyib. Biz sizə lazım olacaq strateji dəstəyi vurğulamaq üçün yenidən sizinləyik. Biz Putin rejiminə qarşı sanksiyaları artırmağa davam edəcəyik".

Conson deyib ki, son səfərindən iki ay sonra ukraynalıların dözümlülüyü həmişəkindən daha güclüdür. O da məlum olub ki, Britaniya Ukrayna ordusu üçün genişmiqyaslı təlim proqramına başlayır. Proqram hər dörd aydan bir 10 minədək hərbçinin təlim keçməsinə imkan verəcək ki, bu da müharibədəki vəziyyəti əsaslı şəkildə dəyişdirə bilər.

Consonun dediyi kimi, bu səfərin məqsədi ukraynalılara sadə və aydın mesajdır: “Böyük Britaniya Ukrayna xalqı qalib gələnə qədər onların yanında olacaq”.

Bu elə yenə də sonuncu ukraynalıyadək davam deməkdir...

 

Nazim Sabiroğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR