İnsanlara hürriyət, millətlərə istiqlal!

Con Lennonun gitarası 2.9 milyon dollara satıldı

282 31.05.2024 11:55 Dünya A A

Məşhur “Bitlz” qrupunun solisti və rəhbəri Con Lennonun çardaqdan tapılan məşhur gitarası hərrac rekordu qırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Nyu-Yorkun “Hard Rock Cafe” məkanında keçirilən “Music Icons” auksionunun ilk günündə “Julien's Auctions” şirkəti 12 simli “Framus Hootenanny” akustik gitarasını 2,9 milyon dollara (2,68 milyon avro) satıb.

Beləliklə, o, indiyə qədər hərracda satılan ən bahalı “Bitlz” gitarası olub.

Gitara Lennon tərəfindən 1965-ci ildə "Help!" adlı studiya albomunda mahnı yazmaq üçün istifadə edilib. Eyni adlı filmdə Lennon bu aləti “You've Got To Hide Your Love Away” mahnısı zamanı ifa edir. Gitara Corc Harrison tərəfindən də istifadə edilib.

Gitara təsadüfən 60-cı illərdə “Bitlz” ilə dostluq münasibətləri olan pop duet Piter və Qordonun meneceri olan 90 yaşlı kişinin çardağında tapılıb. Duetin üzvlərindən olan Qordon Uoller gitaranı 1965-ci ildə Lennondan alıb, sonra menecerinə verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR