İnsanlara hürriyət, millətlərə istiqlal!

Çip istehsalçısı “Apple”ı yerindən elədi: 3,012 trilyon dollarlıq bazar dəyəri...

703 06.06.2024 17:24 Dünya A A

Amerikanın çip istehsalçısı şirkəti olan “Nvidia”nın bazar kapitallaşması 3 trilyon dolları keçib.

Musavat.com “Reuters”ə istinadən xəbər verir ki, bununla da o, “Apple”ı keçərək dünyanın ikinci ən bahalı şirkəti olub.

“Nvidia” səhmlərinin iyunun 5-də 5,2 faiz artdığı deyilir. Hesabatda deyilir ki, bir qiymətli kağızın qiyməti 1224,4 dollara yüksələrək şirkətin təxmini dəyərini 3,012 trilyon dollardan yuxarı qaldırıb. Qeyd edilir ki, həmin gün birjanın bağlanışında “Apple”ın bazar kapitallaşması 3,003 trilyon dollar təşkil edib. Microsoft hələ də 3,15 trilyon dollarlıq bazar kapitalı ilə dünyanın ən dəyərli şirkətidir.

“Nvidia” səhmləri 2024-cü ilin əvvəlindən bəri 147 faiz artıb. “Nvidia”nın uğurları fonunda “Apple” dünyanın ən böyük smartfon bazarı olan Çində “iPhone”a aşağı tələbatla üzləşir. İyun ayında amerikalı mobil cihaz tərtibatçısı süni intellekt funksiyalarını dəstəkləyən proqram təminatı yeniləməsini təqdim edəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR