İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinlə Rusiyanın alveri genişlənib: Qərb Pekini belə cəzalandırır

489 08.08.2023 15:46 İqtisadiyyat A A

Bu ilin yeddi ayında Rusiya ilə Çin arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi illik ifadədə 36,5 faiz artaraq 134,1 milyard dollara çatıb. Bu barədə məlumatı Çin Baş Gömrük İdarəsi açıqlayıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, yeddi ayda Çindən Rusiyaya ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 73,4 faiz artaraq 62,54 milyard dollar təşkil edib. Rusiya mallarının Çinə ixracı isə illik ifadədə cəmi 15,1 faiz artmaqla 71,55 milyard dollar olub. Beləliklə, qarşılıqlı ticarətdə Rusiya tərəfdən müsbət saldo ötən illə müqayisədə 2,7 dəfə azalmaqla 9 milyard dollar təşkil edib.

İyul ayı ərzində ölkələr arasında ticarət həcmi iyunla müqayisədə 6,4 faiz azalmaqla 19,84 milyard dolla olub. Bu zaman Rusiyadan Çinə ixrac aylıq ifadədə 18,3 faiz azalaraq 9,2 milyard dollar təşkil edib.

Qeyd edək ki, Rusiyadan Çinə, əsasən, neft, qaz, kömür ixrac olunub. İxracın kiçik bir hissəsini mis, mis filizi, odun və dəniz məmulatları təşkil edib. Çindən Rusiyaya ixracı isə əsasən, telefonlar, elektronika məhsulları, sənaye və xüsusi ixtisaslaşdırılmış avadanlıqlar, kompüter, kondisioner və sair təşkil edir.

Bu günlərdə Rusiyanın müstəqil mətbuatının açıqladığı gömrük statistikasından aydın olur ki, Çin sanksiyalı malların Rusiyaya çatdırılmasında əsas ölkələrdən biri rolunu oynayır. Bu amil Çinlə ABŞ və Avropa İttifaqı arasında onsuz da soyuq olan münasibətlərin daha da pisləşməsinə gətirib çıxarıb. Artıq qarşı tərəflər onlarla Çin şirkətinə Rusiyaya yardıma görə sanksiya tətbiq edib. Nəticədə ötən ay Çinin ABŞ və Avropa İttifaqı ilə ticarətində kəskin azalma baş verib. Belə ki, iyulda Çinin ABŞ-a ixracı 23,1 faiz, Avropa İttifaqına ixracı isə 20,6 faiz azalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR