İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Qənizadə: "İran uduzduğunu qismən etiraf edir"

744 13.04.2023 21:02 Gündəm A A

"Bu günlərdə İranın Xarici işlər naziri Azərbaycan Xarici işlər nazirinə zəng etmişdi. Səfirin Hikmət Hacıyevlə görüşü bunu deməyə əsas verir ki, İran tərəfi uduzub. Onların çirkin niyyətlərinin reallaşmaması, Azərbaycana hədə-qorxu gəlməklə məqsədlərinə nail olmaması özləri tərəfindən qismən etiraf olunur. Tam səmimi olmasa da, onlar Azərbaycanla münasibətlərdə gərginliyi müəyyən qədər aradan qaldırmaq niyyətindədirlər".

Bunu Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

O, bildirib ki, Azərbaycan heç bir dövlətə onun daxili kursuna qarışmağa icazə vermir və verməyəcək: "Həm Ceyhun Bayramovun, həm də Hikmət Hacıyevin danışıq zamanı bu məqamı nəzərə çatdırdığı şübhəsizdir. Səfirliyimizə hücum, günahkarların cəzalandırılması ilə bağlı atılacaq addımlar, Azərbaycan tərəfinə məlumatların verilməsi, molla rejiminin KİV-də Azərbaycana qarşı böhtan və təhdidləri dayandırması, Azərbaycanın daxili işlərinə qarışmaqla bağlı İran parlamentinin lazımsız bəyanat və qərarları və s. kimi halları İran tərəfi dayandıracaqsa, münasibətlər normallaşa bilər. Görünən budur ki, zənglər və görüşlər İranın təşəbbüsü bunu deməyə əsas verir ki, İran artıq Azərbaycana qarşı başlatdığı məkri niyyətlərinin puça çıxdığını, həmçinin Azərbaycanı qorxutmaq mümkün olmadığını görərək münasibətlərin normallaşması istiqamətində kiçik də olsa, addımlar atırlar.

Hesab edirəm ki, görüşlər davam etdikdə bu mümkün ola bilər. Azərbaycan həm İran, həm də digər qonşularla sülh və qonşuluq şəraitində yaşamaq istəyən müstəqil dövlətdir. Yeganə şərtimiz heç kimin Azərbaycanın daxili işlərinə qarışmaması, qanuni ərazilərinə, suverenliyinə təhdidlərlə çıxış etməməsidir".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR