İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində krematoriyalarda yer tapılmır - Azərbaycanı nə gözləyir?

2123 05.01.2023 10:46 Səhiyyə A A

“Çində COVİD-19 infeksiyasının artmasının məlum səbəbləri var. İlk gündən çox sərt karantin qaydaları tətbiq olundu. İnsanlar virusla təmasda olmadılar. Yoluxmanın sürətlə artmasının əsas səbəbi budur”.

Bu fikirləri infeksionist-hepatoloq Mərdan Əliyev Musavat.com-a Çində tüğyan edən infeksiya barədə danışarkən deyib.

O, qeyd edib ki, yayılan virus omikron ştammının yeni alt versiyalarından biridir:

“Bu virus bizə təsir göstərə bilər, lakin ciddi problemlərə səbəb olacağını düşünmürəm. Azərbaycanda, eləcə də qonşu ölkələrdə kollektiv immunitet formalaşıb. Bizdə demək olar ki, hər kəs virus təbii şəkildə yoluxub və sağalıb. Məlumdur ki, immunitet əldə etdikdə immun yaddaşı hüceyrələrində bu qalır, hətta bir neçə il sonra yoluxduqda xəstəlik yüngül keçirilir. Bu sağlam şəxslərə aiddir. Risk qrupuna daxil olan şəxslər isə peyvənd olunmalıdırlar”.

Qeyd edək ki, Çində COVID-19 nəticəsində ölənlərin sayının kəskin artması ilə əlaqədar krematoriyalarda yerlər dolub, insanlar bunun üçün növbə götürməli olurlar. Pekin və Şanxayda sənaye işçiləri bildiriblər ki, onlar gecə-gündüz cəsədləri yandırırlar, “boş yerləri” isə yalnız yanvarın ortalarından sonraya sifariş etmək olar.

Pekində artıq koronavirusla bağlı gündəlik statistik məlumatların dərcinin dayandırılması isə birmənalı qarşılanmır.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR