İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində azalma bu metalın qiymətini çökdürdü: Şirkətlər qan ağlayır…

950 25.01.2024 18:13 İqtisadiyyat A A

Dünya bazarında litiumun qiyməti 12 ay ərzində 80 faiz azalaraq 1 ton üçün 13,2 min dollara düşüb. Musavat.com xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti Benchmark Mineral Intelligence agentliyinə istinadən məlumat yayıb.

Musavat.com xəbər verir ki, məlumata görə, dünyanın ən böyük elektrik avtomobil bazarı olan Çində elektriklə işləyən avtomobillərə tələbatın azalması nəticəsində litiuma tələbat da kəskin azalıb.

Bu isə qiymətləri sürətlə aşağı çəkir. Elektromobil akkumulyatorlarının istehsalında istifadə olunan metalın dəyəri 2020-ci ildən bəri ən aşağı həddə çatıb. Bu baxımdan, dünya xammal istehsalının 40 faizini təmin edən Avstraliya şirkətləri xərcləri azaldır və istehsalı genişləndirmək planlarını ixtisar edirlər.

Goldman Sachs analitiklərinin fikrincə, 2024-cü ildə dünya bazarında bu metalın artıqlığı 200 min ton litium karbonat ekvivalenti və ya qlobal tələbatın 17 faizini təşkil edəcək. Bu, bazarı yenidən balanslaşdırmaq üçün "təklifin əhəmiyyətli dərəcədə azaldılmasını" tələb edəcək.

Financial Times yazır ki, Avstraliyanın litium sənayesinin əsas oyunçusu, bazar dəyəri təxminən 6,6 milyard dollar olan “Pilbara Minerals” dördüncü rübdə gəlirin 46 faiz azalmasından sonra ilin birinci yarısı üçün dividend ödəməyəcəyi barədə xəbərdarlıq edib. Dünyanın ən böyük litium istehsalçılarından biri olan ABŞ-da yerləşən “Albemarle” pula qənaət etmək üçün bu il kapital xərclərinin 500 milyon dollar azalaraq 1,6 milyard dollar olacağını proqnozlaşdırır.

Nəşrin məlumatına görə, 2022-ci ildə Çində elektrikli avtomobillərin satışı əvvəlki illə müqayisədə 84 faiz artaraq 5,4 milyon ədədə çatıb, lakin 2023-cü ildə artım, ilkin məlumatlara görə, cəmi 25 faiz olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR