İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin yeni kosmos yarışında ABŞ-a meydan oxuyur

442 21.07.2023 14:36 Son xəbər A A

Pekin ABŞ-ı qabaqlayaraq yeni kosmos yarışında qalib gəlməyə ciddi yanaşır.

Musavat.com xəbər verir ki, bu fikri cümə axşamı “The Washington Post” qəzetinin xarici siyasət köşə yazarı Devid İqnatius deyib.

“Çinin ABŞ üçün yaratdığı bütün potensial təhlükələrdən məni ən çox narahat edən kosmosda gələcək hökmranlıqdır. Çin sakit, lakin amansızcasına, ilk dəfə aya insan endirmiş ölkəyə - Amerikaya meydan oxumaq və bu məkanda liderlik uğrunda mübarizə aparmaq üçün silah arsenalını inkişaf etdirir", - o, köşə yazısında yazır. İqnatiusun sözlərinə görə, Pekin bu “son yüksəkliyi” almaq və ona nəzarət etmək istəyir.

İqnatius ABŞ Kosmik Komandanlığının rəhbəri general Ceyms Dikinson və müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plum da daxil olmaqla, bir sıra amerikalı ekspertlərlə söhbətlərinə əsaslanaraq, yazıb ki, ABŞ Çinin kosmik ambisiyalarını "qeyd etməkdə çox gecikib".

Müəllif qey edib ki, Pentaqon aşağı Yer orbitinə kommersiya peykləri çıxaran Starlink və Maxar kimi 130-dan çox şirkətlə işləyir. "Hökumət sistemləri və kommersiya peyklərinin birləşməsi" Vaşinqtonun Pekinin liderlik istəyinə cavabı ola bilər". Onun fikrincə, ÇXR kosmik sektorda “özəl sahibkarlığın səylərində belə bir artımla seçilmir”.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR