İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin şirkətləri Rusiyada göbələk kimi artmaqdadır

430 14.01.2025 11:52 Dünya A A

Rusiyada Çinin iştirakı ilə hüquqi şəxslərin orta aylıq qeydiyyatı 2022-ci ildən 2024-cü ilə qədər 2020 və 2021-ci illərlə müqayisədə 3,6 dəfə artıb.

Musavat.com xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti SPARK-İnterfaks analitiklərinin araşdırmasının nəticələrinə istinadla yazıb.

Bildirilir ki, Qərbin anti-Rusiya sanksiyalarının tətbiqinə qədər Rusiyada ayda orta hesabla 40-a yaxın Çin şirkəti qeydiyyatdan keçirdisə, məhdudiyyətlərin tətbiqindən sonra orta hesabla Rusiyada ayda təxminən 135-145 Çin şirkəti ofis açır.

Bu həftə “RİA Novosti” agentliyi Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına istinadla yazıb ki, ötən ilin sonunda Rusiya ilə Çin arasında ticarət dövriyyəsi rekord həddə artaraq 244,81 milyard dollar təşkil edib və bu da 2023-cü ilin göstəricisindən 1,9% çoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR