İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin şirkəti Türkiyədə 1 milyard dollarlıq zavod tikir

670 09.07.2024 12:36 Dünya A A

Çinin BYD Co. şirkəti Türkiyədə elektrikli avtomobil istehsalı zavodu tikəcək.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Financial Times” yayıb.

Şirkət hesab edir ki, bu, onun Avropa bazarındakı mövqeyini yaxşılaşdıracaq.

Türkiyə hakimiyyət orqanları ilə razılaşma BYD-nin ildə 150 minə yaxın elektrik və hibrid avtomobil istehsal edə biləcək zavodun tikintisinə, eləcə də tədqiqat və inkişaf mərkəzinin yaradılmasına 1 milyard dollar sərmayə qoymasını nəzərdə tutur. Türkiyə hökumətinin mətbuat xidmətinin məlumatına görə, ölkədə bu obyektin açılması BYD-nin “logistika effektivliyini” artırmağa kömək edəcək.

“Financial Times” yazır ki, müəssisənin işə salınması 2026-cı ilin sonuna planlaşdırılır. Layihənin Türkiyədə 5 minə yaxın iş yeri yaratması gözlənilir.

BYD Avropa bazarını ələ keçirməyə, Brüssel isə Çin avtomobillərinin Avropa İttifaqına tədarükünü məhdudlaşdırmağa çalışır. Bu ayın əvvəlində Avropa Komissiyası Çin elektrik avtomobillərinin Aİ-yə idxalına əlavə rüsumlar tətbiq edib.

FT qeyd edir ki, Türkiyənin Aİ ilə gömrük razılaşması var və ölkədə istehsal olunan avtomobillər əlavə rüsumlar olmadan Avropaya ixrac edilə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR