İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin sahillərində Rusiya gəmisinə heç kim yanacaq vermir

1162 08.02.2024 18:14 İqtisadiyyat A A

 

Rusiyanın FESCO nəqliyyat qrupunun donanmasının bir hissəsi olan "Moskva" konteyner gəmisinin Çində bunker edilməsinə icazə verilməyib.

Musavat.com xəbər verir ki, bunu FESCO-nun Direktorlar Şurasının sədri Andrey Severilov “Rusiya Biznes Həftəsi 2024” çərçivəsində keçirilən beynəlxalq forumda açıqlayıb.

Onun sözlərinə görə, yeni marşrutlar formalaşdırarkən və mövcud marşrutlar inkişaf etdirilərkən nəqliyyat təhlükəsizliyini yaratmaq və təmin etmək, bu yeni yaradılan və ya inkişaf etdirilən marşrutlara nəzarət etmək lazımdır: “Mən sizə bir misal deyim, hətta Süveyş (Süveyş kanalı - İG) ilə bağlı indiki vəziyyəti götürməsək də, indi biz burada oturarkən, bizim “Moskva” konteyner gəmisini Çində bunker etməkdən(yanacaq və motor yağı verməkdən) imtina edilib. Biz indi cari problemi həll edirik: Xilasetmə əməliyyatını necə apara bilərik, ora bunkeri necə ata bilərik? Çünki böyük Çin şirkətlərinin heç biri bunker vermir, çünki gəminin sahibi Rusiya benefisiarıdır”.

Severilov qeyd edib ki, bu, hələlik tək belə haldır: “Çox güman ki, bu, qarşıdan gələn Çin Yeni ili ilə bağlıdır".

Maraqlıdır ki, “Moskva” konteyner gəmisi FESCO donanmasına 2023-cü ildə qoşulub. Bu gəmi 2023-cü ildə tikilib, uzunluğu 172 metr, eni 32,2 metr, dedveyti 31407 ton, yükgötürmə qabiliyyəti 2471 TEU-dur. Konteyner gəmisinin ekipajı 19 nəfərdən ibarətdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR