İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin avtomobil istehsalı üzrə rekorda imza atıb

1030 12.12.2023 14:10 Dünya A A

2023-cü ilin yanvar-oktyabr aylarında Çin ilk dəfə olaraq 21 milyona yaxın minik avtomobili istehsal edərək, Avropa İttifaqı və Britaniyanı geridə qoyub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, milli statistikaya görə, Çin yanvar-oktyabr aylarında 20,7 milyon avtomobil istehsal edib və bu, əvvəlki illərin eyni dövrləri ilə müqayisədə mütləq rekorddur. Bildirilir ki, Çinin bu nailiyyəti 2019-cu ildə başlayan pandemiyadan əvvəlki nəticələrindən 20%-dən çox yüksəkdir. Eyni zamanda, Avropa İttifaqı və Britaniyada anti-Rusiya sanksiyaları fonunda işlər o qədər də yaxşı deyil: bu ilin 10 ayı ərzində istehsal 4 il əvvəlki göstəricilərdən 22,5% geriləyib.

Avropa ölkələri arasında bu il avtomobil istehsalının azalmasına görə liderlər Finlandiya (4,5 dəfə azalma,  20 min ədəd), Sloveniya  (3,3 dəfə azalma, 61,2 min ədəd), həmçinin Rumıniya (2,5 dəfə azalma, 160,3 min ədəd) olub. Anti-liderlərin ilk beşliyinə həmçinin Hollandiya (2,4 dəfə azalma, 65 min ədəd) və Fransa (1,7 dəfə, 759,3 min ədəd) daxildir. Yalnız Belçika istehsalı artıra bilib, ancaq o da istehsalı cəmi 1% artırıb və 222 min ədəd avtomobil istehsal edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR