İnsanlara hürriyət, millətlərə istiqlal!

"Chek up" müayinələr pulsuz olacaq? - RƏSMİ AÇIQLAMA

1886 05.12.2022 19:23 Səhiyyə A A

Azərbaycanda "chek up" müayinələr sığorta təminatında deyil.

Bunu Kliniki Tibbi Mərkəzin direktoru, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi qrupunun rəhbəri Könül Ələkbərov Musavat.com-un əməkdaşının sualını cavablandırarkən deyib.

O qeyd edib ki, icbari tibbi sığortanın dünya təcrübəsi var və hazırda dünyanın heç bir ölkəsində "chek up" müayinələr sığorta təminatında deyil.

Mərkəz rəhbəri əlavə edib ki, qəfil uşaq ölümlərinin qarşısının alınması yalnız "chek up" müayinə ilə deyil, ailə hələkimləri ilə də həll oluna bilər:

WhatsApp Image 2022-12-05 at 19.22.07.jpeg (93 KB)

"Uşaqların daha güvənili olması üçün vətəndaşlarımızın ailə sağlamlıq mərkəzklərindəki həkimlərlə daha sıx təmasda olmaları lazımdır. Əgər sıx təmasda olsalar, belə hallar baş verməz. Mingəçevirdə icbari tibbi sığortanın pilot layihəsi başlayanda aydınlaşdırıldı ki, 17 ürək qüsuru olan uşaq var. Bunu həkimlər ortaya çıxardılar, çünki mütəmadi təmasda oldular. May ayında həmin uşaqlar ürək əməliyyatı olundu və cəmiyyətə vətəndaş kimi qayıtdılar. Xəstəliyin ilkin anlarında cəmiyyətin üzvləri ailə həkimləri ilə sıx təmasda olsalar, belə halların qarşısı alınar. Amma icbari tibbi sığortanın ölkəmizdə tətbiqi və inkişafı günü-gündən dəyişir, qaydalar dəyişir. Ola bilsin ki, imkanlar daha da genişlənəcək və "chek up" müayinələrin də daxil edilməsinə ehtiyac yaranacaq. Çünki profilaktik tədbirlərin aparılması daha asandır, daha az məsrəflidir və daha tez başa gəlir".

Qeyd edək ki, son vaxtlar Azərbaycanda məktəb yaşlı uşaqlar arasında ölüm halları tez-tez qeydə alınmaqdadır. Mütəxəssislər bu kimi halların qarşısının alınması üçün uşaqların vaxtaşırı "chek up" müayinələrdən keçməsini vacib sayırlar. Valideynlər isə bu müayinələrin olduqca baha olmasından şikayət edirlər.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR